SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının rəqibi rusiyalı Niyaz İlyasov olub.

Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

BAKU.WS