SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyüklər arasında taekvondo üzrə Avropa çempionatında idmançımız gümüş medal qazanıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) finalda Rusiya təmsilçisi Maksim Hramtsovla qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız gümüş medalla kifatətlənib.

Bununla da Avropa çempionatında medalların sayı 2-yə çatıb. Qeyd edək ki, bundan əvvəl taekvondoçumuz Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

BAKU.WS