10 il sonra London klubundan ayrıldı
Cənubi Koreya futbolunun ulduz ismi Son Hın Min "Tottenhem Hotspur" klubundan ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, 32 yaşlı hücumçu şəxsi qərarı ilə klubla vidalaşmağa qərar verib. Onun hansı kluba keçəcəyi barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Son Hın Min 2015-ci ildə Almaniyanın "Bayer" (Leverkuzen) klubundan "Tottenhem"ə transfer olunmuşdu. O, London klubunun heyətində illər ərzində əsas fiqurlardan birinə çevrilmiş, həm Premyer Liqada, həm də beynəlxalq turnirlərdə parlaq çıxışları ilə azarkeşlərin rəğbətini qazanmışdı.
Oxşar xəbərlər
Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı
Futbol üzrə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya 10 milyondan çox imza toplayıb. BAKU.WS Oxu.Az-a istina...