Zığ yolundakı piyada keçidində eskalatorun biri işləmir, digəri isə...

Zığ yolundakı piyada keçidində eskalatorun biri işləmir, digəri isə...
Video
Sosial 112

Bakının Zığ yolu, 9 ünvanı yaxınlığında yerləşən yerüstü piyada keçidində eskalatorun işləməməsi sakinlərin narazılığına səbəb olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bu barədə redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, keçiddəki eskalator uzun müddətdir fəaliyyət göstərmir. Onun sözlərinə görə, körpünün hündür olması xüsusilə yaşlı insanlar, uşaqlı ailələr və fiziki imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.

Sakin iddia edir ki, məhz bu səbəbdən bəzi piyadalar vaxt itirməmək və ya körpüyə qalxmamaq üçün hərəkətin intensiv olduğu magistral yoldan keçməyə üstünlük verirlər. Bu isə qəza riskini artırır.

Müraciətdə o da qeyd olunur ki, eskalatorun işləyən hissəsindən də kəskin və qeyri-adi səslər gəlir. Sakinlər bunun avadanlıqda texniki nasazlığın əlaməti ola biləcəyini düşünür və problemin qısa zamanda aradan qaldırılmasını istəyirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər