Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
13
yan
2026
19:36
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Oxşar xəbərlər
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir. BAKU.WS Modern.az-a istinadən xəbər veri...