Zaurun verilişinin yayımı DAYANDIRILDI, Tolikin yerinə isə...
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, yayımı dayandırılan növbəti veriliş Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Rəngarəng" olub.
Belə ki, ATV-də hazırda proqramın təkrar buraxılışlarından biri yayımlanır. Bu da efirin yayımının dayandırılması barədə ciddi suallar yaradıb.
Tolikin isə bu gün Speys TV-də vida buraxışı ilə tamaşaçılarla sağollaşacağı bildirilsə də, verilişin yerinə film nümayiş olunmaqdadır. "Tarixin bir günü"nün isə yeni ad və formatla Könül Muxtarova aparıcılığı ilə efirdə olacağı məlumatı yayılmışdı.
Xatırladaq ki, Tarix Əliyevin (Tolik) "Tarixin bu günü" və Elgiz Əkbərin "Elgizlə izlə" verilişləri bağlanıb.
Oxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək
Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbə...