Zabrat qəsəbəsində nə baş verir? - Sakinlər...
Bakının Sabunçu rayonu ərazisində sakinlər su içində batırlar.
BAKU.WS-in "qaynar xətti"nə edilən şikayətə görə Zabrat qəsəbəsinin "118 A saylı avtobusun son dayanacağı, "Şəhidlər məhləsi" kimi tanınan ərazidən keçən su xəttində qəza baş verdiyinə görə ətraf su axıntısına məruz qalıb.
Belə vəziyyət maşınların və piyadaların hərəkətinə problem yaradıb.
"Yollar su ilə dolduğundan maşınlar normal hərəkət edə, insanlar yolu keçə bilmirlər" - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-ə bildirildi ki, rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb olinacaq , vəziyyətə aydınlıq gətirilərək uyğun tədbir görüləcək.
Oxşar xəbərlər
Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 911 milyon ədəd yumurta və diri çəkidə 73,6 min ton quş əti istehsal edilib. BAKU.WS-in məlumatına görə, ötən ili...