Yol polisi qadın sürücülərə hədiyyələr hazırlayıb
07
mar
2018
21:29
Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək.BAKU.WS-in məlumatına görə, bunu KİV-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.V.Əsədov bildirib ki, bayram günü ilə bağlı saxlanılacaq sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılacaq, eyni zamanda idarə etdiyi nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılacaq. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən xanım sürücülər BPİ Dövlət Yol Polisi İdarəsi tərəfindən "Nümunəvi xanım sürücü" kimi elan ediləcək. Həmin xanım sürücü gül buketləri, o cümlədən müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaq.Bu aksiya BNA-nın Avto FM radiosu əməkdaşları ilə birgə keçiriləcək və canlı olaraq 107.7 FM dalğasında yayımlanacaq.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən...