Yeni yaşayış massivinin yollarının bərpasına 1 milyon ayrıldı
Fövqəladə Hallar Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Ağsu rayonunun Xatman kəndində yeni salınmış 25 fərdi yaşayış evinin yerləşdiyi massivdə məhəllədaxili asfalt yolları bərpa edəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 1 milyon 37 min manat təşkil edir.
Layihə çərçivəsində yolun yalnız asfalt örtüyü yenilənməyəcək. Eyni zamanda, yolun müəyyən hissəsində torpaq sürüşməsi və çökmə riskinin qarşısını almaq məqsədilə svay əsaslı istinad divarı inşa olunacaq.
Bu məqsədlə diametri 700 millimetr olan quyular qazılacaq, onlar xüsusi borular vasitəsilə möhkəmləndiriləcək və svaylar quraşdırılacaq. Bu konstruksiya yolun dayanıqlığını artıracaq və istismar müddətini uzadacaq.
Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində yeni yaşayış massivində nəqliyyatın hərəkəti daha təhlükəsiz olacaq, yolların deformasiyaya uğrama riski azalacaq və sakinlərin gündəlik gediş-gəlişi daha rahat təmin ediləcək.
Oxşar xəbərlər
Azərbaycanda rayonlara səfər edən sərnişinlər hər iki istiqamət üzrə elektron bilet ala biləcəklər
Azərbaycan vətəndaşlarına "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı...