Yeni Yasamaldakı yeni tikililərdə çıxarış PROBLEMİ
Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 27 ünvanında yerləşən yeni tikilidə illərdir çıxarış problemi yaşanır. Sakinlər bildirirlər ki, evlərində uzun müddətdir məskunlaşsalar da, sənəd çatışmazlığı səbəbindən nə qeydiyyata düşə bilirlər, nə də bir çox sosial xidmətdən yararlana bilirlər.
BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sakinlərdən biri deyir ki, mənzildə 5 ildir yaşayır, lakin çıxarış ala bilmədiyi üçün rəsmi qeydiyyata düşə bilmir.
Çıxarışın olmaması təkcə hüquqi və mülkiyyət məsələlərində yox, tibbi xidmətlərdə də maneələr yaradır. Vətəndaşlar qeyd edirlər ki, yaşadıqları ərazidə poliklinikaya müraciət etdikdə, orada qeydiyyatları olmadığı üçün rəsmi olaraq xidmət ala bilmirlər.
Bu problem artıq 10 ildir davam edir.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb
Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 11...