Yeni "TələbəPlus" kartının EKSKLÜZİV GÖRÜNTÜSÜ - Kimlər istifadə edə biləcək?
Bir müddət əvvəl ictimaiyyətə təqdim olunan "TələbəPlus" kartı vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlana biləcəklər. Bura supermarketlər, kitab, geyim/aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.
Bəs bu imtiyazlardan tələbədən başqa hər hansısa bir şəxs istifadə edə bilər?
Təhsilin İnkişafı Fondundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, həmin kartlarda xüsusi identifikasiya kodu, eyni zamanda tələbənin fotosu olduğu üçün kənar bir şəxs həmin kartdan istifadə edə bilməyəcək.
"Ancaq tələbə istədiyi şəxsə müqaviləli şirkətlərdən müəyyən məhsulları endirimli şəkildə özü yaxınlaşaraq əldə edə bilərlər",-deyə qeyd edilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
"Bölgələrdə qiymətlər əlçatmazdır": Vətəndaşlar istirahət üçün xarici ölkələri seçirlər
İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür. Bəziləri istirahətini dəniz kənarında, bəzi...