Yeni təmayül tədris modelinə qeydiyyat nə vaxtadək davam edəcək?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı iyulun 20-dək davam edəcək.
BAKU.WS xəbər verir ki, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşmanın onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacağı bildirilir.
Qeydiyyatda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.
Bildirilib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.
Qeyd edək ki, yeni təmayül tədris modeli Bakı şəhərində yerləşən 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Şagirdlər üçün qeydiyyat:
Müəllimlər üçün qeydiyyat:
Oxşar xəbərlər
Bu ərazilərdə söküntü gedir - ÜNVANLAR
"Azərbaycanda köhnə və qəzalı yaşayış binalarının sökülməsi prosesi müxtəlif maliyyələşdirmə modelləri əsasında həyata keçirilir. Bu istiqamətdə işlər əsasən üç...