Yeni sürücülərin DİQQƏTİNƏ! Hansı maşın düzgün seçimdir?

Yeni sürücülərin DİQQƏTİNƏ! Hansı maşın düzgün seçimdir?
Açıqlama
Sosial 42

Sürücülər arasında belə bir fikir formalaşıb ki, avtomobilin qısa məsafələrdə tez-tez işə salınıb dayandırılması mühərrikə zərər vurur.

Lakin nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov BAKU.WS-ə açıqlamasında bu fikri texniki baxımdan əsassız sayır.

Onun sözlərinə görə, bu iddiaların elmi əsası yoxdur:

"Avtomobilin qısa məsafədə tez-tez işlədilməsi mühərrikə heç bir zərər vermir. Bu, texniki baxımdan sübut olunmuş məsələdir. Əsas məsələ avtomobilin ümumi texniki baxışının vaxtında və düzgün aparılmasıdır".

Ekspert həmçinin avtomobil sürməyi yeni öyrənən şəxslərin hansı modelə üstünlük verməli olduqları ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. O deyir ki, təcrübəsiz sürücülər üçün konkret avtomobil növü ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

"Yeni avtomobil sürməyi öyrənən təcrübəsiz sürücülər üçün konkret avtomobil modeli və ya növü fərqli rol oynamır. Onlar həm sedan, həm də mini krossover növündə olan maşınlarda rahat şəkildə sürməyi öyrənə bilərlər".

Şahanə Xankişiyeva

Son xəbərlər