Yeni sədr İlham Mirzəliyev KİMDİR?

Yeni sədr İlham Mirzəliyev KİMDİR?
Dosye
Sosial 365

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə İlham Mirzəliyev sədr təyin edilib.

Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub. 

İxtisasca iqtisadçı-mühəndis olan İlham Ata oğlu Mirzəliyev iqtisad üzrə fəlsəfə doktorudur. O, uzun illər istilik təsərrüfatı sahəsində idarəçilik təcrübəsi ilə seçilən peşəkar kadrlardan biridir.

Əmək fəaliyyətinə 1982-ci ildə "Azərenerji" Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində başlayan İlham Mirzəliyev burada iqtisadçı-mühəndis, planlaşdırma və əmək üzrə böyük iqtisadçı, eləcə də direktor müavini vəzifələrində çalışıb.

2000–2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin "Bakı istilik şəbəkə" İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, daha sonra isə Bakı şəhər İstilik idarəsində rəis müavini olub.

2005-ci ildən etibarən "Azəristiliktəchizat" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Mirzəliyev, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ASC sədrinin vəzifələrini müvəqqəti icra etməyə başlayıb.

2025-ci ildə isə İlham Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.

O, 2015-ci il 9 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

İlham Mirzəliyev ailəlidir, iki övladı var.

Son xəbərlər