"Yayda toz-torpaq, qışda isə palçıq" - Ağsu sakinlərinin yol dərdi

Yayda toz-torpaq, qışda isə palçıq - Ağsu sakinlərinin yol dərdi
Video
Sosial 8

Ağsu rayonunda həm magistral, həm də kənd yollarının bərbad vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub.

Baku TV-nin məlumatına görə, Göyçay-İsmayıllı-Ağsu avtomobil yolunun bir sıra hissələrində asfalt örtüyü tamamilə sıradan çıxıb. Eyni zamanda, Ağsu-Şamaxı yolunun bəzi hissələrinin də istifadəyə yararsız olduğu bildirilir.

Rayonun Ərəbuşağı və Ağalarbəyli kəndlərini birləşdirən təxminən 4 kilometrlik yol isə hələ də asfaltlanmayıb. Yolun yalnız torpaq və çınqıldan ibarət olması sürücülər üçün çətinliklər yaradır. Kənd sakinlərinin sözlərinə görə, yayda toz-torpaq, qışda isə palçıq içində qalan yolda hərəkət etmək az qala imkansızdır. Yolun bərbad vəziyyətdə olması avtomobillərin tez-tez sıradan çıxmasına və vətəndaşların əlavə təmir xərclərinə düşməsinə səbəb olur.

Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bir nəticə əldə olunmayıb. Qeyd edək ki, sözügedən ərazidə 200-dən çox ev və min nəfərdən artıq sakin yaşayır. Yerli əhali aidiyyəti qurumlardan yolun əsaslı şəkildə təmir edilməsini və asfalt örtüyünün çəkilməsini tələb edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər