Yayda necə QİDALANMALIYIQ? - Hansı yeməklərdən imtina etməliyik? - AÇIQLAMA

Yay gələndə hamını narahat edən məqalardan biri də qidalanmadır. Çünki hədsiz isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yarada bilir. Bu cür havada orqanizmə (xüsusilə ürək-damar, nəfəsalma, endokrin) olan yükləmələr artır ki, bu da onlarda pozulmaların inkişafı riskini artırır. Hazırda ölkədə 40 dərəcə isti var. Belə olan halda necə qidalanmalıyıq? Hansı yeməklərə üstünlük verməliyik və ya nələrdən imtina etməliyik?
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən qida mütəxəssisi Ağa Salamov mövsümü olduğu üçün yemiş və qarpıza daha çox üstünlük verilməli olduğunu bildirib:

"İndi təbii ki, yemiş və qarpız mövsümüdür. Qarpıza, yemişə, pendirə və ümumiyyətlə ağartı məhsullarına üstünlük verilməlidir. Bundan əlavə, adama zülal da, ət də lazımdır. Sadəcə əti həftədə iki dəfə istehlak etməklə rasinomuza daxil edə bilərik. Təbii ki, indi ən çox bu mövsümündə yetişən meyvə və tərəvəzlərə üstünlük verilməlidir".

Mütəxəssis bu isti aylarda bəzi imtina edilməli qidalara olduğunu da qeyd edib:
"Yağlı və xəmir yeməklərindən uzaq durmalıyıq. Xəmir yeməkləri biraz insan bədənində temperaturu qaldırır, karbohidratdır və bədən temperturunu artıran yeməkdir. Şirniyyatdan uzaq durmaq lazımdır, çörəyi azaltmaq lazımdır. Yaxşı olardı ki, qatıqla qarışdırıb yesinlər. Yağlı yeməklərlə yanaşı mayonezli salatlar da imtina edilməlidir. Zəhərlənmə verə bilər. Mayonezli salatların əvəzinə zeytun yağı və turşu ilə hazırlanmış qsalatları qəbul etmək lazımdır".

Ağa Salamov yay aylarında əsasən mövsümi meyvələrin və onların şirələrin istehlakının daha məqsədəuyğun olduğunu deyib.
Ekspert qeyd edib ki, saf sulara üstünlük verilməldiri nəinki, rəngli və qazlı içkilərə:
"Bu aylarda saf sulara ehtiyac daha çoxdur. Təbii ki, bunu həkimlər də yaxşı bilir, bu böyrək fəaliyyətini yaxşılaşdırmaq üçündür. Nəinki rəngli və qazlı içkilərə… Yəni çox vaxt marketlərdən alıb gətirdiyimiz rəngli içkilərin bizə ziyanı olur. Bu içkiləri toyda, nişanda içib ağız dadını dəyişmək olar. Lakin indi sərinləmək üçün daha çox soyuq suya üstünlük verilir.Lakin soyuq su tərləmənin qarşısını almır, elə də sərinlədici xüsusiyyəti yoxdur. Sərinləmək üçün çaylara müraciət etmək lazımdır. Bunlar Azərbaycanda dağlarda bitən nanə, itburnu, kəklikotu, çayı hazırlayıb içmək olar".

Yayda düzgün və balanslı qidalanmaq üçün bəzi qaydalar riayət etmək lazımdır.
Gündə ən az 2-2.5 litr su içmək tövsiyə olunur (fiziki aktivliyə görə bu daha da artırıla bilər). Çox yemək aclıq hissini artırmaq əvəzinə əks təsir edə bilər. Ona görə də az-az və tez-tez qidalanmaq tövsiyə olunur.
Axşam yeməyi daha yüngül olmalı və yatmazdan ən az 3 saat əvvəl yeyilməlidir.

Zöhrə Pənah
Oxşar xəbərlər
Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib
Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyinat olub. BAKU.WS xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq...