Azərbaycanda suvarma suyunun qıtlığı var? – RƏSMİ CAVAB
Yay mövsümünün quraqlıq keçməsi ölkədəki su ehtiyatları ilə bağlı suallar doğurur. Xüsusilə də kənd təsərrüfatında suvarma məsələsinin necə tənzimləndiyi diqqət mərkəzindədir.
BAKU.WS-in sorğusuna cavab olaraq, Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev su anbarlarındakı vəziyyət və çaylarda su səviyyəsi ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, son illər havaların yağmurlu keçməsi nəticəsində su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb:
"Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kubmetr su ehtiyatı toplanmışdır. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Hazırda ölkəmizdə əkin sahələri suvarma suyu ilə təmin olunur, çətinlik gözlənilmir".
Bununla yanaşı, mütəxəssis ölkə ərazisindəki çaylarda müşahidə olunan vəziyyətə də toxunub:
"Hazırda ölkə ərazisində isti yay günləri və havalar yağmursuz keçdiyindən çaylarda suyun səviyyəsi aşağıdır".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
Təbiət qoynunda ov həyəcanı yaşamaq istəyən həvəskarlar üçün növbəti ov mövsümünə start verilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi he...