Yaxın Şərqə tur paket alanların pulları geri qaytarılacaq? - AÇIQLAMA
"Müəyyən istiqamətlər üzrə təxirəsalmalar müşahidə olunur. Xüsusilə birbaşa risk zonası hesab edilən ölkələrə satışlar müvəqqəti dayandırılıb və ya turistlərə alternativ tarixlər təklif edilir".
Bunu BAKU.WS-ə açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib.
Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar səfərlərini öz təşəbbüsləri ilə ertələyirlər:
"Turizm şirkətləri hazırda vəziyyəti gündəlik izləyir və təhlükəsizlik prioritet olaraq saxlanılır. Riskli hesab edilən istiqamətlər üzrə yeni rezervasiyalarda azalma var. Əsas azalma risk zonasına yaxın və ya hava məkanında məhdudiyyət tətbiq edilən marşrutlardadır.
Əvvəlcədən paket alan turistlər üçün bir neçə variant mövcuddur. Tarixin dəyişdirilməsi, Alternativ istiqamət seçimi, Bəzi hallarda cəriməsiz ləğv mümkündür.
Burada əsas məsələ aviaşirkətlər və otellərin şərtlərindən asılıdır. Əgər uçuş ləğv olunarsa, turistlərə vəsaitin geri qaytarılması və ya dəyişiklik imkanı təqdim olunur. Hazırda kütləvi şəkildə tam ləğvlər qeydə alınmasa da, qeyri-müəyyənlik səbəbindən ehtiyatlı davranış artıb".
Ekspert həmçinin deyib ki, Azərbaycan üçün birbaşa təhlükə olmasa da, regionda ümumi gərginlik psixoloji təsir yaradır:
"Bu isə bəzi xarici turistlərin qərarlarına təsir edə bilər. Eyni zamanda, alternativ və təhlükəsiz istiqamət kimi Azərbaycan müəyyən turist axını da qazana bilər. Xüsusilə Yaxın Şərq əvəzinə daha sabit region seçmək istəyən səyahətçilər üçün ölkəmiz cəlbedici variant hesab olunur.
Hər şey regiondakı siyasi və hərbi vəziyyətin inkişafından asılıdır. Əgər gərginlik qısa müddətdə səngisə, turizm bazarı da sürətlə bərpa olunur. Təcrübə göstərir ki, turizm sektoru böhranlara qarşı həssas olsa da, eyni zamanda tez adaptasiya qabiliyyətinə malikdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
FHN Bakıda yerləşən kollecdə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kol...