Yasamalda dəhşətli partlayış olmuş evin son durumu

Yasamalda dəhşətli partlayış olmuş evin son durumu
Video
Sosial 34

Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində qaz sızması nəticəsində partlayış baş verən ev hələ də təhlükəli vəziyyətdədir. Hadisədən təxminən 20 gün keçməsinə baxmayaraq, dağıntıların fəsadı aradan qaldırılmayıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, partlayış nəticəsində yararsız vəziyyətə düşən ev hər an uça bilər. Binanın pəncərələri, döşəməsi və digər konstruksiyaları yoldan keçən insanlar üçün ciddi təhlükə yaradır.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Dağıntılar və evdən qalan qalıqlar yolun bir hissəsini tutduğundan avtomobillərin və piyadaların hərəkəti də çətinləşib. Ərazidəki şüşə qırıntıları və digər təhlükəli əşyalar xüsusilə uşaqlar üçün risk yaradır.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Onlara əraziyə baxış keçiriləcəyi və müvafiq tədbirlərin görüləcəyi bildirilsə də, indiyədək heç bir iş aparılmayıb.

Evdəki əşyaların açıqda qalması isə onların talan edilməsi ehtimalını artırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər