Yanvarın 1-dən təqaüdlər artırılacaq? - AÇIQLAMA
Növbəti il təqaüdlərdə artım nəzərdə tutulmayıb.
Bunu BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O, bildirib ki, növbəti ildə təhsil sektorunda artım əsasən müəllimlərin maaşına tətbiq ediləcək.
"İlk növbədə qeyd edim ki, təhsil sistemində tələbə təqaüdü yalnız maddi dəstək mexanizmi deyil, həm də sosial motivasiya, akademik davamiyyət və intellektual inkişafı stimullaşdıran əsas vasitədir. Azərbaycanda dövlətin tələbələrə göstərdiyi maliyyə dəstəyi son illərdə ardıcıl şəkildə artıb və bu, insan kapitalına yönələn strateji investisiya kimi qiymətləndirilməlidir.
2025-ci ilin dövlət büdcəsində təhsilə ayrılan xərclərin ümumi həcmi 4 milyard 946 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8,7 faiz çoxdur. Bununla belə, həmin artım əsasən müəllim maaşlarının artırılması və təhsil infrastrukturunun yenilənməsi istiqamətində yönəldilib, tələbə təqaüdlərində əlavə artım nəzərdə tutulmayıb",-deyə ekspert vurğulayıb.
Oxşar xəbərlər
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı ol...