Yağışa görə yollarda neçə avtobus qalıb? - RƏSMİ CAVAB

Yağışa görə yollarda neçə avtobus qalıb? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 436

"Yağışlı hava şəraiti ilə əlaqədar olaraq "BakuBus" MMC-nin istismarında olan marşrut xətlərinin hərəkət qrafikində hər hansı dəyişiklik edilməyib, avtobuslar müəyyən olunmuş cədvələ uyğun olaraq fəaliyyətini davam etdirir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, sərnişin tələbatını qarşılamaq məqsədilə səhər və axşam pik saatlarında xəttə əlavə avtobuslar buraxılıb:

"Bununla yanaşı, əlverişsiz hava şəraiti və bəzi yollarda nəqliyyatın hərəkət trayektoriyasında edilən dəyişikliklər səbəbindən ayrı-ayrı marşrut xətlərində intervalların qismən artması halları müşahidə oluna bilər ki, bu da mövcud hava şəraiti ilə əlaqəlidir.

Son bir həftə ərzində "BakuBus" MMC-nin istismarında olan nəqliyyat vasitələrində, xüsusilə elektrik avtobuslarında hər hansı nasazlıq və ya yolda qalma halı qeydə alınmayıb.

Həmçinin bildiririk ki, "BakuBus" MMC-nin rəsmi Telegram kanalında yollardakı mövcud vəziyyət və marşrut xətlərinin trayektoriyasında edilən dəyişikliklərlə bağlı məlumatlar operativ şəkildə paylaşılır. Sərnişinlərdən həmin kanala abunə olaraq ən son məlumatları yalnız oradan əldə etmələri xahiş olunur".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

65 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər