Xırdalan–Sumqayıt qatarından istifadə edənlələr üçün YENİLİK
Keşlə stansiyasında aparılan təmir işləri sərnişinlər tərəfindən müzakirəyə çevrilib.
BAKU.WS-in məlumatıa görə, buna səbəb həmin stansiya ərazisindən keçən sürət qatarlarının müəyyənləşdirilən intervaldan geri qalmasıdır.
Həm stansiyanın tamamlanma vaxtı, həm də Xırdalan–Sumqayıt qatarının burada dayanıb-dayanmayacağı maraq doğurur.
Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Keşlə yük stansiyası sahəsində təmir işləri davam edir, işlərin 2026-cı ilin birinci yarısı ərzində başa çatdırılması planlaşdırılır.:
"Bakı-Xırdalan-Sumqayıt xətti üzrə hərəkət edən qatarlara Keşlə stansiyasında dayanacaq verilməsi nəzərdə tutulmur. Gələcəkdə bu xətt üzrə hərəkət edən qatarlara Dərnəgül stansiyasında da dayanacaq veriləcək.
Bu ilin iyul ayında Dərnəgül stansiyasının tikinti işlərinə başlanılıb. Tikinti işlərinin işlərin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilir. Mərkəzdən BAKU.WS-ə bildirilib ki...