Xilasedicilər yaşlı qadını belə xilas etdi
Yevlax rayonunda yaşlı və ağırçəkili qadın xilasedicilər tərəfindən xilas edilib.
BAKU.WS xəbər verir ki, qadının evdən çıxarılıb təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə müraciət olunub.
Yevlax rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən daxil olan müraciətlə bağlı dərhal hadisə yerinə FHN-in Aran Regional Mərkəzinin xilasediciləri yollanıblar.
Xilasedicilər Yevlax şəhəri, Heydər Əliyev prospekti, bina 6, mənzil 16 ünvanında yaşayan yaşlı və ağırçəkili qadını üçüncü mərtəbədə yerləşən mənzildən çıxararaq təcili yardım briqadasına təhvil veriblər.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
Yeni övladı dünyaya gələn bəzi valideynlər sevincini bölüşmək üçün avtomobillərini müxtəlif stiker və bəzəklərlə bəzəmək istəyirlər. Lakin bu zaman istifadə olu...