Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq?
Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, UPD qəsəbəsi, Rəşid Bağırov küçəsi 36 ünvanında kollektorda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
İş icraçılarının bildirdiyinə görə, artıq tullantı və içməli su xətləri bir-birindən ayrılıb.
Sakinlərin sözlərinə görə, fevralın 20-də içməli suyun verilməsi planlaşdırılsa da, aparılan təmir işlərinə görə, suyun tam verilməsi hələ də təmin edilməyib.
Qəsəbə sakinlərinin bəziləri mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər. Onlar deyirlər ki, qəsəbənin bir hissəsinə maşınlar vasitəsilə su paylansa da, digər yerlərdə yaşayan sakinlərə heç bir köməklik göstərilməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında üzərində fərdi yaşayış evləri tikilmiş, diametri 500 mm olan magistral su xəttini kənar ərazidən çəkərək yenisi ilə əvəzlənməsi işləri tamamlanıb, hazırda daxili şəbəkələrə qoşulma prosesi icra olunur. Abonentlərin xeyli hissəsinin su təminatı bərpa olunub, qısa zamanda işlərin tam yekunlaşması planlaşdırılır.
Oxşar xəbərlər
İftar vaxtı - 22 fevral 2026: Ramazanın 4-cü günü
Ramazan ayının dördüncü günündə - 22 fevral 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın dördüncü günü üçün A...