XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin pisləşir
04
apr
2025
14:55
Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır
Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrə...