Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR

Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Açıqlama
Sosial 224

"Müharibə və regional gərginliklər yükdaşımalara ciddi təsir göstərir. Münaqişə olan ərazilərdə yük daşımaları praktik olaraq dayandırılır, daşıyıcılar alternativ marşrutlar seçməyə məcbur olurlar".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, yeni marşrutlar yolun uzanmasına və əlavə zaman tələb olunmasına səbəb olur ki, nəticədə daşımaların qiymətinə təsir göstərir:

"Avropa və Amerikadan gələn avtomobillərlə bağlı hər hansı məhdudiyyət və problem yoxdur. Çin istiqamətindən daşımalar da problemsizdir. Əvvəllər Çindən avtomobillər Bəndər Abbas limanına gəlirdi, oradan Azərbaycana daşınırdı. Lakin son illərdə Çin avtomobilləri üçün daha qısa və təhlükəsiz marşrutlar - Qazaxıstan, Xəzər dənizi və Bakı-Ələt istiqaməti seçilir. Bu səbəbdən Çin marşrutundan gələn avtomobillərdə heç bir problem gözlənilmir.

Yaponiya və Cənubi Koreyadan gələn avtomobillər də əsasən Qazaxıstan və ya Qırğızıstan üzərindən Xəzər dənizi və ya Rusiya ərazisi ilə quru yolu vasitəsilə Azərbaycana daxil olur. Bu istiqamətlər də sabit və təhlükəsiz sayılır, buna görə həmin ölkələrdən gələn avtomobillərdə problem olmayacaq".

Eyyub Əliyev əlaə edib ki, Dubaydan gətirilən ikinci əl avtomobillərin tədarükü hazırda risklidir:

"Planlaşdırılmış tədarüklər qeyri-müəyyən müddətə təxirə salına bilər. Alternativ marşrutlar da tam stabil deyil; İran sərhədində vaxtaşırı yaranan risklər yükdaşıma şirkətlərini əlavə təhlükəyə atır.

Nəticə olaraq, Dubaydan avtomobillərin tədarükündə gecikmələr gözlənilir. Həmçinin alternativ marşrutlardan istifadə qiymətləri artıracaq və Dubaydan gələn avtomobillər Amerikadan, Avropadan və Yaponiya/Koreyadan gələn avtomobillərlə rəqabət apara bilməyəcək. Bu isə biznes baxımından sərfəli deyil".

Orxan Hüseyn

Son xəbərlər