Xaosun gündən-günə artdığı küçə - Hərəkət niyə iflic oldu?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Hüseyn Seyidzadə küçəsində sürücülərin qarşılaşdıqları problem haqqında məlumat verilib. Bildirilib ki, sözügedən ərazidə avtomobillərin hərəkətini çətinləşdirən hal geridönmə yerində yaşanır. Döngədə 1.11 nişanlanma xətti var.
Bəzi sürücülər qaydaları pozub bir sıra ilə dönmək əvəzinə iki, hətta üç sıra ilə geri dönürlər. Bəzən də sağ zolaqdan sola dönənlər olur ki, bu halda da qəza şəraiti yaranır. Geridönmə yerinin döngədə olması iriqabaritli avtomobillərin qarşıdan gələn yolu bağlamalarına səbəb olur.
Əvvəl 1.11 nişanlanma xətti geridə idi və xaos hazırkı həddə deyildi. İndi isə həm yan məhəllələrdən çıxanlar, həm də əsas yoldan geri dönənlər hərəkəti iflic vəziyyətə salırlar. Bundan başqa, geri dönəndən sonra "Dayanma və durma qadağandır" nişanı var. Ağaclar isə onun görünməsinə mane olur. Bunu görməyən sürücülər də döngədən sonra parklanma edirlər.
Oxşar xəbərlər
Bu rayonlarda torpaqlar ucuz qiymətə satılır - SİYAHI
Əmlak Məsələləri Dövlət Xidməti 10 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərracını keçirəcək. BAKU.WS-...