Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq
09
apr
2025
11:51
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə təqdimat Milli Məclisə daxil olub.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.
Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
Oxşar xəbərlər
Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 n...