Xankəndidə mənzillər satışa çıxarılacaq
Xankəndidə mənzillər satışa çıxarılacaq.
BAKU.WS report-a istinadən xəbər verri ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezident xüsusi nümayəndəsi Elçin Yusubov məsələ ilə bağlı bildirib ki, sahibkarlar şəhərdə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşasına başlayıb və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq:
"Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək".
Oxşar xəbərlər
Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 n...