Xalq artisti Elmira Rəhimovanın 85 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış müğənni Elmira Rəhimovanın doğum günüdür.
BAKU.WS xəbər verir ki, Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakıda anadan olub. O, 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi fəaliyyət göstərib.
Sənətçi 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi məşhurlaşıb. Hindistanın sabiq Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, burada hind mahnı və rəqslərini öyrənib. Həmin səfərlər zamanı Nehru, İndira Qandi, Rac Kapur, Nərgiz və digər tanınmış şəxslərlə görüşüb.
Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub.
Müğənninin repertuarında "Ana laylası", "Küsüb məndən", "Sənin gülüşlərin", "Mən anayam", "Sənsiz bu axşam", "İntizar", "Bir könül sındırmışam" və "Sən yadıma düşəndə" kimi məşhur mahnılar yer alır.
Elmira Rəhimova 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib. 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.
Sənətçiyə 2000-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı verilib. 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Elmira Rəhimovanın Anand adlı bir oğlu və iki nəvəsi var.
Oxşar xəbərlər
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə ...