Uşaqlara xarici ad vermək olar, amma… - Ədliyyə Nazirliyindən VACİB MƏLUMAT
Dünyada valideynlər tez-tez uşaqlarına xarici məşhurların, serial və kino qəhrəmanlarının adlarını qoyurlar. Bəs Azərbaycanda bu adların dövlət dilinə uyğunlaşdırılması necə həyata keçirilir?
Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Həmin Qanunun tələblərinə əsasən hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarına əməl etməlidirlər.
Bundan başqa, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir.
"Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir,- deyə nazirliyin məlumatında vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Kəmaləddin Heydərov YENİ RƏİS MÜAVİNİ təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə yeni rəis müavini təyinatı olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ruslan Vaqif oğlu Səlim...