"Uşaqlar 3 gün soyuqda qaldılar" - Gəncə sakini qazın olmamasından şikayət etdi

Gəncə sakini Urfan Qasımov qaz problemindən şikayətçidir.
İllərdir qazsız qalan Gəncə sakini aidiyyəti qurumlardan kömək istəyir: "Qaldığım evdə işıq, su var, amma qaz yoxdur. Evin çıxarışı olmadığı üçün qaz çəkilmir. İşıq pulu 1 500 manata kimi yazdı, qış ayında gəlib işığımı kəsdilər, uşaqlar 3 gün soyuqda qaldılar. Balalarım xəstələnir, üşüyürlər. Anası atıb gedib, 5 uşağa tək baxıram", - deyə Urfan Qasımov bildirib.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş müvafiq sənədləri ilə "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir: "Əgər tələb olunan sənədlər qaydasındadırsa, texniki şərt hazırlanaraq vətəndaşa təqdim olunur. Vətəndaş isə onun əsasında xüsusi lisenziyası olan podratçılarla anlaşaraq fərdi yaşayış evlərini maddi vəsait hesabına qazlaşdırır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Şəhid gizir Şəhriyar Quliyevin anım günüdür
Bu gün gizir şəhidimiz Şəhriyar Quliyevin anım günüdür. Onun şəhadətə ucaldığı gündən 5 il ötür. BAKU.WS xəbər verir ki, Şəhriyar Quliyev 1990-cı il mayın 25-d...
