UNEC məzunları niyə diplom ala bilmir? - RƏSMİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilmirlər.
Bu barədə şikayətlə BAKU.WS-in "qaynar xətti"nə həmin universitetin məzunu olmuş Samir Cavadov məlumat verib.
O, bildirib ki, diplomun verilməməsi ilə bağlı məzunlara konkret səbəb bildirilmir:
Dəfələrlə həm Elm və Təhsil Nazirliyinə, həm də universitetə müraciət etmişik. Hər ikisi məsuliyyəti digərinin üzərinə atır. Arada da biz qalmışıq".
Məsələ ilə əlaqədar universitetə sorğu ünvanladıq.
UNEC-in mətbuat katibi Elnarə Məmmədova BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək:
"UNEC-in Dərbənd filialında dərslər Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında aparılır. Filialda normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək".
Banu Hüseynli
Oxşar xəbərlər
Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub"
"Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi" qəzetini nəşr etməklə əsasını qoyduğu mətbuat ənənəsi, həqiqətən də, Azərbaycanın ictimai-siyasi və mədəni tarixində...