Ucuzlaşma nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda qiymətlərin azalması qeydə alınıb.
BAKU.WS xəbər verir ki, rəsmi statistikaya görə, 2025-ci ilin iyun ayında qiymətlər may ayı ilə müqayisədə 0.4 faiz, o cümlədən qida məhsulları 1.3 faiz ucuzlaşıb.
Elə bundan irəli gələrək 2025-ci ilin yanvar-may aylarında artan illik inflyasiya dinamikasında iyunda azalma müşahidə olunub.
Belə ki, yanvar ayında 5.4 faiz olan illik inflyasiya mayda 6.3 faizə qədər yüksəlsə də, iyunda 6 faizə enib. İqtisadçı Rəşad Həsənov qiymət enməsini qida məhsullarının ucuzlaşması ilə əlaqələndirib:
"Burada əsasən meyvə və tərəvəzin ucuzlaşmasından söhbət gedir. Digər məhsulların qiymətlərində isə hətta artımlar müşahidə olunur".
Ekspert hesab edir ki, ucuzlaşma islahatların nəticəsi deyil və müvəqqəti xarakter daşıyır.
Qeyd edək ki, Mərkəzi Bank 2025-ci ildə illik inflyasiyanın 5.3 faiz olacağını proqnozlaşdırıb. Qurumun inflyasiya ilə bağlı hədəfi isə 2 faizdən 6 faizə qədərdir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTv-yə köçürülür
Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. BAKU.WS Apa-ya istinadən xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, Azərbaycan Te...
