Ucuz maşınlar satışda - 750 manatdan 20 min manata qədər...

Ucuz maşınlar satışda - 750 manatdan 20 min manata qədər...
Sosial 1940

İyulun 22-də Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə dövlət qurumlarının balansında olan 30-dan çox nəqliyyat vasitəsi açıq hərraca çıxarılacaq.

BAKU.WS-in məlumatına görə, hərracda həm minik, həm də yük avtomobilləri satışa təqdim olunacaq.

Qiymətlər 750 manatdan başlayır və 20000 manata qədər yüksəlir.

Satışa çıxarılan bəzi avtomobillər bunlardır:

UAZ-469BQ (1989) – 750 manat

QAZ 3110-101 minik (2002) – 1050 manat

BMW 730Li (2006) – 7250 manat

LAND ROVER (2005) – 18400 manat

LAND ROVER LR3 (2009) – 20000 manat

CHEVROLET NIVA LC (2012) – 5800 manat

NISSAN X-TRAIL (2006) – 9800 manat

HYUNDAI SONATA (2004) – 4500 manat

HYUNDAI H-1 mikroavtobus (2008) – 11000 manat

DAEWOO NEXIA (2011) – 14850 manat

HOWO ST3250C yük avtomobili (2008) – 12250 manat

DAEWOO BC212MA avtobus (2008–2009) – 146025 manat

Bəzi avtomobillər 2-ci, 4-cü və hətta 5-ci dəfə təkrar hərraca çıxarılır və onlara 25%-dən 50%-ə qədər endirimlər tətbiq olunub.

Hərracda iştirak etmək istəyən şəxslər əmlakla öncədən tanış ola bilər. Sifariş üçün ən azı 3 bank günü əvvəldən sənədlər Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20-də yerləşən Əmlak Xidmətləri Məkanına təqdim olunmalıdır.

Əlavə məlumat üçün bu nömrələrlə (012) 311-01-60 (daxili: 1758, 1709, 1706 və 1705) əlaqə saxlamaq mümkündür. 

Son xəbərlər