Türkiyəli professor "H3N2" virusu ilə bağlı xəbərdarlıq etdi
Avstraliyada meydana gələn "İnfluenza" qripinin alt qruplarından olan "H3N2" virusunun dünyada sürətlə yayıldığı bildirilir.
BAKU.WS xəbər verir ki, türkiyəli professor Tevfik Özlü bunun adi qriplə müqayisədə tez yayıldığını və virusun tezliklə Türiyəyə də gələcəyini deyib.
O həmçinin bəzi adamların müəyyən risk qrupuna daxil olduğunu və onlarda virusun ağır simptomlar yaradacağını da vurğulayıb.
"Bu il Cənub yarımkürəsində yeni başlayan virus var. Avstraliyada bu virusun mutasiyaya uğramış 7 növü aşkarlanıb. Buna görə də, virusun yayılma sürətinin adi qripdən daha çox olduğu müəyyən edilib. Bu virus azca Şimal yarımkürəsinə də keçib. Yaponiya və Böyük Britaniyada yoluxma hallarının əksəriyyətinin "H3N2" virusundan qaynaqlandığını görürük. Bu epidemiyanın adi qripdən daha sürətlə yayılacağı və daha çox insana çatacağı ilə bağlı proqnozlar var. Hələlik ağır bir xəstəliyi göstərən heç bir məlumat olmasa da, sürətlə yayıldığına aid sübutlar var" - deyə Tevfik Özlü qeyd edib.
Professor Özlü risk qruplarının peyvənd edilməsinin vacibliyini qeyd edib:
"Biz artıq bilirik ki, qrip virusları, xüsusən də 5 yaşdan kiçik və 50 yaşdan yuxarı insanlarda ağır, mürəkkəb hətta ölümcül ola bilər. Xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar, körpələr və uşaqlar bu baxımdan yaxşı qorunmalıdırlar. Mövcud qrip peyvəndləri bu virusdan yalnız qismən qoruyur. Bu mutasiyalar isə peyvəndlərin effektivliyini qismən zəiflədib. Mövcud peyvəndlərə baxmayaraq, xəstəlik potensialı qalır. Qripə qarşı peyvənd olunanların ağır xəstəlik keçirmədiyi barədə də məlumatlar var. Peyvənd olunanlar yenə də daha yaxşı qorunacaqlar".
"Türkiyədə bu epidemiya hələ başlamayıb, amma Avropada geniş yayılıb. Ölkəmizə gəlməsi çox çəkməyəcək. Türkiyədə də belə bir epidemiya yaxın günlərdə başlayacaq", - deyə, o vətəndaşlara xəbərdarlıq da edib.
Bu virusun simptomları əslində digər virus infeksiyalarına bənzəyir. Qızdırma, burun axıntısı, asqırma, burun axıntısı, bədən zəifliyi, halsızlıq və baş ağrıları kimi simptomlar müşahidə olunur.
Oxşar xəbərlər
Məhkəmə "Roşka"nı ev dustaqlığına buraxmadı
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BAKU.WS...