Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI
"Türkiyədə 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır. Təqaüd sistemindən faydalanan tələbələrimizin sayı isə 20 min nəfərdir".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Serdar Gündoğan Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Stratcom Public Forum" çərçivəsində keçirilən "Daha Ədalətli Bir Dünya Mümkündür" mövzusundakı panel müzakirədə bu məsələyə toxunub:
"Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir".
Oxşar xəbərlər
2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA
"Azərbaycanda istehlak bazarında müşahidə olunan qiymət dəyişikliklərinin əhəmiyyətli hissəsi idxal inflyasiyası ilə bağlıdır". Bunu BAKU.WS-ə açıqlamasında Mil...