Toyda görüşmüşdük, səhhətində heç bir problemi yox idi… - Rafael İsgəndərov Cabir İmanovun vəfatından danışdı
"Axırıncı dəfə Məhərrəmlik ayından əvvəl toyda görüşmüşdük, səhhətində heç bir problemi yox idi…"
Bunu BAKU.WS-ə açıqlamasında əməkdar artist Rafael İsgəndərov sənət yoldaşı Cabir İmanovun vəfatından danışarkən deyib.
"Xəbəri almışam. Bu barədə ancaq təəssüf hissi ilə danışmaq olar. O cür tanınan və sevilən insan vəfat edib. Səhhətində heç bir problem yox idi. Axırıncı dəfə Məhərrəmlik ayından əvvəl toyda görüşmüşdük, səhhətində heç bir problemi yox idi…", - deyə Rafael İsgəndərov bildirib.
Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib. Rafael İsgəndərov illər öncə Ramiz Fətəliyev tərəfindən çəkilmiş "Məhəllə" filmlərində onunla birgə çalışıb.
Banu Hüseynli
Oxşar xəbərlər
90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR
"Brutto müqavilə modeli ilk dəfə 1985-ci ildə Londonda tətbiq olunmağa başlayıb və bu gün bir sıra şəhərlərdə ictimai nəqliyyatın maliyyə dayanıqlığının təmin e...