Toy karvanları quranlara XƏBƏRDARLIQ

Toy karvanları quranlara XƏBƏRDARLIQ
Sosial 158

"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində "toy karvanı"nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.

"Toy karvanı"nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin"!, - məlumatda vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində meşə fonduna aid torpaqların hasarlanaraq zəbt edildiyi, ağacların kəsildiyi və tikinti işlərinin aparıldığı iddia olun...

10 Sosial 23:39 08 avqust 2026

Son xəbərlər