Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ
Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən yüksək vəzifəyə gətirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.
Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.
Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ Müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.
Oxşar xəbərlər
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəki...