Tələbə kreditlərində yeni güzəştlər tətbiq olunacaq

2025–2026-cı tədris ilindən etibarən orta ixtisas və ali təhsil pillələrinə qəbul olunmuş tələbələr üçün tələbə kreditlərində yeni qaydalar tətbiq ediləcək.
Təhsil Tələbə Kredit Fondu BAKU.WS-ə açıqlamasında bildirib ki, orta ixtisas təhsilinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmuş tələbələr standart təhsil kreditinə müraciət edərkən minimal bal tələbi 40 bal olacaq. Digər hallarda isə orta ixtisas təhsili üzrə kredit almaq üçün abituriyentin subbakalavriat səviyyəsində topladığı bal ən azı 110 bal olmalıdır. Ali təhsil müəssisələrinə SAT imtahanı nəticəsi ilə qəbul edilmiş tələbələr birinci tədris ilinin ilk semestrində standart tələbə krediti ala biləcəklər. Bunun üçün minimal bal həddi 1200 bal müəyyən edilib.
Yeni qaydalar yalnız standart tələbə kreditlərinə şamil edilir, sosial kreditlər üçün minimal bal tələbi tətbiq olunmur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Balıqdan ötrü ürəyi gedənlərin nəzərinə - Bazarda qiymətlər necədir?
Keşlə bazarında həm yerli, həm də xarici balıqlar satışa çıxarılıb. Qiymətlər balığın növünə görə dəyişir. Satıcıların sözlərinə görə, havaların isti keçməsinə...
