Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək – Fonddan açıqlama
Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək.
BAKU.WS-ə məlumat verən Fond bildirir ki, tələbə kreditlərinin faiz hesablanması və geri ödənişi təhsil göstəricilərinə görə müəyyən edilir.
Sosial kredit üzrə ÜOMG-si 71 bal, standart kredit üzrə isə 91 bal və yuxarı olan tələbələr üçün həmin semestrdə götürdüyü kreditə görə faiz hesablanmır.
Təhsilin normativ müddəti ərzində bütün semestrlərdə ÜOMG-si 91 bal və yuxarı olan tələbələr sosial kreditin 50%-dən, standart kreditin isə 25%-dən azad edilirlər.
Fondun açıqlamasına əsasən, bu güzəştlər tələbələrin akademik göstəricilərinə əsasən kredit yükünü azaltmaq məqsədi daşıyır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bu gün Bakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayon...