Tanınmış vəkillərin fəaliyyətləri dayandırıldı - Biri İlkin Süleymanovun müdafiəçisidir
Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib.
Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.
Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.
Fəaliyyəti dayandırılan digər vəkil isə Ramil Rüstəmovdur.
Oxşar xəbərlər
Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüs...