Tanımadığınız şəxslərin telefonunun ekranına BAXMAYIN - ETX məlumat yaydı
Son dövrlər dünyada kiberdələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.
BAKU.WS xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.
Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:
Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;
Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;
Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;
Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;
Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.
Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla ba...