Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər.
BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.
Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir.
Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.
Məsələ ilə bağlı "Bolt" və "Yango" taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.
Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:
Oxşar xəbərlər
Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı - 20 dəqiqə gecikdi
Bakı-Pirşağı-Sumqayıt sürət qatarında ləngimə olub. BAKU.WS-in məlumatına görə, Sumqayıtdan Bakıya hərəkət edən qatar Zabrat-2 stansiyasında bir neçə dəqiqə lə...