Sürücülərin NƏZƏRİNƏ! Mayın 17-i saat 00:00-dan...
Mayın 17-də, saat 00:00-dan Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət tikinti işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobi...