Sürücülərin NƏZƏRİNƏ: Bakıda şoselərin birində avtobus zolağı təşkil edilir
Bakıda Zabrat yolu kimi tanınan Şəhər şosesində xüsusi hərəkət zolağının təşkili üzrə işlər aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, Agentlik tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
"Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda - yol ötürücüsünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu.
Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək", - deyə məlumda bildirilir.
Bundan başqa, Agentlik ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.
Oxşar xəbərlər
Sabah Cəlilabadın üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasilə elektrik verilişi xətlərin...