Sürücülərin DİQQƏƏTİNƏ! Hərəkət məhdudlaşdırılacaq
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.
Hərəkətin məhdudlaşdırılması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlikdən bildirilib.
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...