Şura sədri: Azərbaycan televiziyalarına maliyyə dəstəyi ilə bağlı təkliflər hazırlayırıq
Azərbaycan televiziyalarının maliyyə dəstəyinə ehtiyacı var.
BAKU.WS xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov report-un sualını cavablayarkən deyib.
Onun sözlərinə görə, televiziyalara maliyyə dəstəyinin göstərilməsi tək Azərbaycan deyil, əksər ölkələr üçün aktual məsələdir:
"Televiziya sahəsinin gəlirləri ildən-ilə azalır xərclər isə artır. Televiziyaların kommersiya gəlirləri demək olar ki, artmır. Amma bununla yanaşı, Azərbaycanda işçilərin əmək haqqının artdığını da diqqətə çatdırmaq istəyirəm. Təbii ki, televiziyalarımızın dəstəyə ehtiyacı var. Bu mövzu ətrafında təkliflərimizi hazırlayırıq".
Oxşar xəbərlər
Azərbaycanda muzdla çalışanların sayı 1,78 milyona çatıb
Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir...