Süni intellekt 2030-da yarana bilər: Bəşəriyyət üçün fürsət, yoxsa risk?
Ekspertlərin fikrincə, insan səviyyəsində düşünə bilən güclü süni intellektin (AGI) 2030-cu illərdə yaradılması mümkün görünür. Bu sahəyə milyardlarla dollar sərmayə yatırılır və texnoloji yarış sürətlənir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, böyük həcmli məlumat və hesablama gücü süni intellektin inkişafını xeyli sürətləndirib. OpenAI və xAI kimi şirkətlər nəhəng data mərkəzləri qurur.
Alimlər mümkün "intellekt partlayışı" riskindən də danışırlar. Bu halda sistem özünü təkmilləşdirərək insan nəzarətindən çıxa bilər. Filosof Nick Bostrom bu təhlükəni nəzəri düşüncə eksperimenti ilə izah edib.
Bəzi ssenarilərə görə, belə texnologiya tibbdə və energetikada inqilab yarada bilər. Digər yanaşmaya görə isə nəzarətsiz inkişaf ciddi qlobal risklər doğura bilər.
Hazırda əsas məsələ süni intellektin yaradılmasından çox, onun təhlükəsiz idarə olunmasıdır.
Oxşar xəbərlər
Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürür...